Misirdə qəribə mumiyalar tapıldı


Digərləri 02 İyl 2019 20:49:00 206 0

Misirdə qəribə mumiyalar tapıldı

Polşalı arxeoloqlar Qahirə yaxınlığındakı Sakkara nekropolu ərazisində onlarla mumiya aşkarlayıblar.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, tapıntı Coser ehramının ətrafında qazıntılar zamanı üzə çıxıb.

Alimlərin sözlərinə görə, mumiyaların yaşı təqribən iki min ilə çatır. Onların çoxu qumda qazılmış çuxurlarda basdırılıb və mumiyalamanın yalnız əsas mərhələlərini keçib.

Mumiyaların ayaqları qədim Misir tanrısı Anubisin təsvirinin olduğu bəzəklə örtülüb. Anubis tamamilə qeyri-adi göy rəngdədir. Hərçənd onu qara rəngdə təsvir edirdilər. Alimlər bunu onunla izah edirlər ki, inanclara əsasən, tanrıların saçları göy rəngli qiymətli daşdan hazırlanırdı.


Xəbərə aid fotolar