Kanada nümayəndəsi: Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır


Digərləri 02 İyl 2019 20:39:16 152 0

Kanada nümayəndəsi: Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin mühafizəsi və bunun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır

Bakı. Sara İsrafilbəyova - Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin mühafizəsi və bunun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bunu sessiyada iştirak edən Kanada nümayəndəsi Mark Qustafson deyib. O qeyd edib ki, Bakı Şərqlə Qərbin inanılmaz birliyidir: “Şəhər mənim gözləntilərimi üstələdi. Tədbirin təşkilatçılığı, xüsusilə də açılış mərasimi məni heyran etdi". Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin