Prokuror sabiq icra məmuruna 6,6 il cəza istədi


Digərləri 02 İyl 2019 17:34:04 146 0

Prokuror sabiq icra məmuruna 6,6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib. Dövlət ittihamçısı A.Məmmədovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Asif Məmmədovun vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Prosesdə iyulun 9-dək fasilə elan edilib.