Qaradağda polis işçilərinin peşə bayramı qeyd olunub (FOTO)


Digərləri 02 İyl 2019 16:32:02 207 0

Qaradağda polis işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

2 iyul polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Bakı. 2 iyul polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Qurumdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. S.Mikayılov öz çıxışında Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib: "Prezident İlham Əliyev polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əməkhaqqı xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir".