Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü


Dünya 02 İyl 2019 12:49:00 236 0

Hindistanda təyyarə uçarkən yanacaq çəni düşdü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Tamilnad ştatında baş verib.

Yanacaq çəni kənd ərazisində fermaların birinə düşüb. Çənin düşdüyü yerdə yanğın başlayıb.

Yanğının qarşısı qısa müddət ərzində alınıb, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.