Qazaxda ikimərtəbəli ev yanıb


Digərləri 02 İyl 2019 12:14:00 206 0

Qazaxda ikimərtəbəli ev yanıb

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və çardağı 10 m² sahədə yanıb.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.