Bakı metrosu üçün gətirilən 2 yeni qatar bu gün xəttə buraxılır


Digərləri 02 İyl 2019 10:49:00 244 0

Bakı metrosu üçün gətirilən 2 yeni qatar bu gün xəttə buraxılır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni alınan daha iki qatar tərkibini xəttə buraxır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hər iki qatar bu gün metronun "Dərnəgül" stansiyasından start götürərək sərnişinlərin istifadəsinə veriləcək.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon iyunun 11-də Bakıya gətirilib.

"Metrovaqonmaş" ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Vaqonlar əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb.