"Petkim"də "SOCAR Turkey"in kirayələdiyi gəmidə PARTLAYIŞ - 1 ölü, 16 yaralı


Digərləri 02 İyl 2019 10:40:00 225 0

"Petkim"də "SOCAR Turkey"in kirayələdiyi gəmidə PARTLAYIŞ - 1 ölü, 16 yaralı

Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib.

Bakı. Türkiyənin İzmir vilayətində "Petkim" neft-kimya kompleksinin limanında tankerlərin birində partlayış baş verib. Trend-in məlumatına görə, partlayışın ardınca yanğın başlayıb. Yerli KİV-lər insident nəticəsində 1 nəfərin öldüyü və daha 16 nəfərin yaralandığı barədə xəbər yayıblar. Məlumata görə, partlayış İtaliya bayrağı altında üzən "SOCAR Turkey"in kirayələdiyi gəmidə maye karbohidrat məhsulu boşaldılarkən baş verib.