Çimərliyə gedənlərin diqqətinə 6 VACİB QAYDA


Digərləri 01 İyl 2019 23:55:00 273 0

Çimərliyə gedənlərin diqqətinə  6 VACİB QAYDA

Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir.

Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!

Son.az yenicag.az-a istinadən bildirir ki, çimərlikdə dincələndə mütləq yanınızda adi təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için.

Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur.

2. Gündən qoruyan vasitələri unutmayın!

Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur.

Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın.

Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır.

Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

3. Nəm çimərlik geyiminizi mütləq dəyişin!4. Gündən qoruyan eynək taxın!