Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! Səbəbini oxuyun


Digərləri 01 İyl 2019 23:25:00 236 0

Qarpızı soyuq yox, ilıq yemək faydalıdır!  Səbəbini oxuyun

Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.  

Qarpızı yeməkdən dərhal sonra yemək olmaz. Bu həzm proseslərini pozur - köpə və qarın ağrılarına səbəb olur. Qarpızı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra yeyin.