Sakit Okeanda 6 bal gücündə zəlzələ olub


Dünya 01 İyl 2019 22:49:00 288 0

Sakit Okeanda 6 bal gücündə zəlzələ olub

Vanuatu Respublikasının yaxınlığında Sakit Okeanda 6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

Qeydə alınan yeraltı təkanların episentri, Lyüqanvil şəhərindən 35 kilometr qərbdə, ocağı isə 113 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.