Azərbaycanda bu meyvə və tərəvəzlər təhlükədə


Digərləri 01 İyl 2019 17:41:00 249 0

Azərbaycanda bu meyvə və tərəvəzlər təhlükədə

Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kənd Təsəsrrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizə mərkəzinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində aparılan monitorinqlər nəticəsində aralıq dənizi meyvə milçəyi ilə sirayətlənmə halları müşahidə edilib.

Bununla yanaşı, Aralıq dənizi meyvə milçəyinin yayılma arealını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonunun 23 kənd və qəsəbəsinin müxtəlif nöqtələrində zərəverici ilə sirayətlənmiş meyvələrin fotoşəkilləri nümayiş etdirilməklə 203 sakin arasında sorğu aparılıb və sorğuda iştirak edən sakinlərin təxminən 50%-i bağlarda bu halın müşahidə edildiyini bildiriblər.

Bunu nəzərə alaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu zərərverici ilə əlaqədar müşahidələrin davam etdirilməsi məqsədi ilə 27 iyul 2019-cu il tarixdən etibarən Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucuların quraşdırılmasına başlanılıb. Hazırda bu tədbirlər davam etdirilir.

Təhlükəli karantin obyekti və polifaq bir zərərverici olaraq 200-dən çox meyvə və tərəvəz bitkilərinə ziyan vurur. (sitrus bitkiləri, banan, xurma, şaftalı, alma, gilas, üzüm, pomidor, bağımcan, çiyələk və s.).

Sirayətlənmiş meyvələr vaxtından əvvəl tökülür. Tökülmüş meyvələrin xarıci görünüşü sağlam görünsədə, onun zədələnmiş hissələrindən meyvənin zərərverici tırıfindən zədələnməsi aydın görünür.