Özünüzü necə hiss edirsiniz?


Digərləri 01 İyl 2019 17:44:00 224 0

Özünüzü necə hiss edirsiniz?

Son günlər Günəş fəallığı çox aşağı səviyyədə olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş diski ləkəsiz olub. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.

Qeyd edilir ki, proqnoz dövründə (01-03 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Həmçinin, Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.