Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi


Digərləri 01 İyl 2019 15:58:00 168 0

Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Mustafayev 3 il azadlıqdan məhrum edilib. İttihama görə, bu ilin yanvar ayında paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində 1993-cü il təvəllüdlü İ.Mustafayev qonşusu - 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.