NASA yeni planet kəşf etdi


Digərləri 01 İyl 2019 14:09:00 234 0

NASA yeni planet kəşf etdi

NASA-nın "TESS" peyki dünyadan 35 milyon işıq ili uzaqda bu günə qədər müşahidə edilən ən kiçik planeti kəşf edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "The Astronomical Journal" jurnalında məqalə yayımlanıb. Məqaləyə əsasən, "L 98-59B" adlandırılan yeni planet "TESS" tərəfindən kəşf edilən ən kiçik planetdir.

Məqalədə bildirilir ki, "L 98-59B" kəşf edilən üç yeni planetdən biridir. Qeyd edilir ki, planet dünyamızdan 35 milyon işıq ili uzaqda yerləşən "L 98-59" ulduz sisteminin yanında yerləşdiyi üçün belə adlandırılıb.

Günəş sistemindən kənarda kəşf edilən ən kiçik planet isə hələ də "Kepler" teleskopu vasitəsilə kəşf edilən "Kepler-37-b" planetidir.