Balakəndə iki maşın toqquşdu, ölən var


Digərləri 01 İyl 2019 12:58:11 186 0

Balakəndə iki maşın toqquşdu, ölən var

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Balakən rayonunun Qazma kənd sakini Əmanət Hacıyeva yerləşdirildiyi xəstəxanada ölüb

Bakı. İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb.