Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 01 İyl 2019 10:52:19 193 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR ABŞ və Çin həftə sonu ticarət böhranının həlli ilə əlaqədar olaraq danışıqların bərpa edilməsi və əlavə gömrük rüsumlarının tətbiq edilməməsi mövzularında razılaşıblar. Bu, qlobal risklərin azalacağı ehtimallarının artmasına və avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşmaya səbəb ola bilər. Lakin buna kimi cari həftə ərzində açıqlanacaq önəmli fundamental göstəricilərin, FED-in cari il ərzində iki faiz azaldılması ehtimallarına təsir etməsi daha önəmli rol oynayacaqdır. Bu baxımından cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerikadan yayımlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar vacib rol oynayır. Beləliklə, 1.14$-ın altında ticarət edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi də ucuzlaşa bilər. GBP GBP/USD məzənnəsi də hal-hazırda dollar qiymətlərinin təsiri altında ticarət edilməkdədir və 1.27$-ın altında qaldıqca, 1.26$-a kimi ucuzlaşa bilər. Beynəlxalq valyuta birjalarında Amerika mərkəzi bankının cari il ərzində iki faiz azaldılması ehtimalları qismən azalıb və bu, ABŞ-dan açıqlanacaq gələcək önəmli iqtisadi göstəricilərdən asılı olacaqdır. Funt özü isə Böyük Britaniyada seçiləcək baş nazir fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları ilə təzyiq altındadır.