Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub


Dünya 01 İyl 2019 08:59:00 184 0

Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub

Suriyada Dəməşq ətraf ərazilərinə edilən hava hücumu nəticəsində dörd nəfər həlak olub, 21 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Suriyanın dövlət telekanalı bildirib.

Qeyd edək ki, öncə Dəməşqin ətraf ərazilərinə və Homs şəhərinə edilən hava hücumlarının dəf olunduğu barədə məlumat verilib.

Bildirilib ki, hücum Livanın hava məkanından İsrail HHQ tərəfindən həyata keçirilib.