Gələcəkdə övladınızın boyu neçə olacaq?


Digərləri 30 İyn 2019 19:59:00 254 0

Gələcəkdə övladınızın boyu neçə olacaq?

Böyümə uşaq sağlamlığının ən əhəmiyyətli göstəricilərindən biridir. Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün müəyyən qida məhsullarından, idmandan yararlanmağa çalışırlar. Amma o gerçəklik də var ki, illər keçdikcə sanki insanların boyunda bir kiçilmə, normadan aşağı boy ölçülərinə malik olma kütləvi hal alıb. Bəs bu halları doğuran səbəblər hansılardır? Uşaqlarda boy artımına mane olan əsas səbəblər hansılardır? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Genetik böyümə problemi olan uşağa kənar vasitələrlə kömək etmək mümkündürmü?

Son.az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan endokrinoloq Nadirə Ağazadə bildirir ki, böyümə uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən biridir. Normal böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır: "Genetik faktorların böyümənin bütün dövrlərinə təsiri olmasına baxmayaraq, uşağın bətndaxili inkişafından başlayaraq həyatının ilk illərində qidalanma, daha sonra cinsi yetişkənlik dövründə hormonal faktorlar ön plana çıxır. Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır".

İlk bir ildə boy 24-25 sm uzanır

N.Ağazadə məlumat verir ki, ata və ana boyuna görə düzəldilmiş boy hesabı aşağıdakı formulla hesablanır:

Oğlanlarda - Ata boyu + ana boyu + 13/2

Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179

Qızlarda - Ata boyu + ana boyu - 13/2

Məsələn: (Ata 185 + ana 160 - 13) : 2 =166

İllik böyümə sürəti:

1-2 yaş arası < 10 sm

2-3 yaş arası < 8 sm

3-4 yaş arası < 6 sm