Yaşayış binasında təhlükə aradan qaldırıldı


Digərləri 30 İyn 2019 19:49:00 211 0

Yaşayış binasında təhlükə aradan qaldırıldı

Sumqayıtda metal vərəqə binadan asılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.