Həkimlər Mehmet Ali Erbillə bağlı qərar verdi


Digərləri 30 İyn 2019 17:35:00 216 0

Həkimlər Mehmet Ali Erbillə bağlı qərar verdi

Səhhəti günü-gündən daha da yaxşılaşan şoumen Mehmet Ali Erbillə bağlı yeni xəbər var.

Son.az Axşam.az-a istinadən bildirir ki, həkimlər aparıcının artıq evə buraxıla biləcəyini açıqlayıb. Onlar bildirib ki, 223 gündür xəstəxanada yatan Erbil bir problem olmasa, çərşənbə axşamı evinə göndəriləcək.

Qeyd edək ki, Mehmet Ali Erbil evinin vanna otağında yıxılaraq, yaralanmışdı. Qabırğalarında qırıq olan şoumen günlərlə komada olub.