Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi


Digərləri 30 İyn 2019 16:45:00 296 0

Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "SUPECET Jaguar" tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Ludhiana şəhərinin yaxınlığında Ambala bölgəsində hərbi bazalardan birində baş verib.

Hadisə nəticəsində təyyarənin mühərriklərindən biri dayanıb. Pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmaq məcburriyətində qalıb.

Məsələ ilə bağlı Hindistan Hərbi Hava Qüvvələrindən açıqlama verilib ki, xəsarət alan olmayıb:

"Pilotun professionallığı və sürətli düşünməsi səbəbindən təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb".

Son.az