Sıla ona ərə gedir?


Digərləri 30 İyn 2019 16:03:00 244 0

Sıla ona ərə gedir?

"Kandal D"də yayımlanan maqazin proqramında müğənni Sılanın ərə getməsi ilə bağlı iddia ortaya sürülüb.

Son.az Axşam.az-a istinadən bildirir ki, sənətçinin məşhur aşpaz Hazer Amani ilə ailə qurmağa hazırlaşdığı bildirilib.

Bir müddət əvvəl sevgili olma xəbərlərini inkar edən cütlüyün Bodrumda birlikdə yaşadığı, toy hazırlıqlarına başladığı söylənilib. Sılanın ailəsi isə bu münasibətə qarşıdır.

Qeyd edək ki, Amani "TV8"də yayımlanan "MasterChef Türkiye" ilə məşhurlaşmışdı. Hazer 1977-ci ildə, Sıla isə 1980-ci ildə dünyaya gəlib.