Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı:


Digərləri 30 İyn 2019 12:59:00 230 0

Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı:

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Son.az Apa-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.

Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

Son.az