Sabunçuda 3 otaqlı ev yanıb


Digərləri 30 İyn 2019 09:06:00 251 0

Sabunçuda 3 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.