Avropa İttifaqında işsiz və təhsil almayan gənclərin sayına görə üçüncü yerdədir


Digərləri 30 İyn 2019 08:28:00 262 0

Avropa İttifaqında işsiz və təhsil almayan gənclərin sayına görə üçüncü yerdədir

Avropa Statistika Agentliyinin məlumatına görə, Avropa İttifaqında (Aİ) 20-34 yaş arasında orta hesabla altı gəncdən biri 2018-ci ildə təhsil almayıb və işsiz olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, ümumilikdə 15 milyon nəfər deməkdir. Bolqarıstanda gənclərin 20,9 faizi 2018-ci ildə işsiz olub və təhsil almayıb. Bu göstəriciyə görə birinci yerdə İtaliya (28,9 faiz), ikinci yerdə isə Yunanıstandır (26,8 faiz). Rumıniya isə 20,6 faiz göstərici ilə dördüncü yerdədir. İsveç 8, Hollandiya 8,4, Lüksemburq 9,9 və Malta 10,1 faizlə son yerlərdədir. Bildirilir ki, bu göstərici üzrə qadın və kişilər arasında nəzərəçarpacaq fərq var. Belə ki, 2018-ci ildə Aİ-də işsiz və təhsil almayan 20-34 yaş arası qadınların sayı 20,9 faiz, kişilərin sayı isə 12,2 faiz təşkil edib.