Nüsrətin qızıl ət fırıldağı üzə çıxdı


Digərləri 30 İyn 2019 07:22:00 217 0

Nüsrətin qızıl ət fırıldağı üzə çıxdı

Türkiyədə yayımlanan "2.Sayfa" verilişində qonaq olan sosial media fenomeni Orkun İşıtmaq Nüsrət Gökçənin məşhur olan qızıl ət fırıldağının üstünü açıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Orkun bir ay əvvəl Nüsrətin Mayamidəki restoranında 6500 lirə (2000 manat) hesab ödədiyini deyib və qızıl ətin necə hazırlandığından danışıb.

"Bir video çəkmək üçün Amerikaya getmişdik. Bir neçə gün Mayamidə qaldıq. Orada olanda Nüsrətin restoranında oturduq. Orada heç vaxt görmədiyim bahalı menyu ilə rastlaşdım. Menyudakı hər şey Türkiyədəki menyu ilə eynidir. Sadəcə 6 dəfə bahadır. Bundan əlavə, 18 faiz xidmət haqqı, 10 faiz də yerli vergi tutulur. İki nəfərə 6.500 lirə ödəyib çıxdıq. Qızıl ət yedim, əti spagetti ilə birlikdə verirlər. Qızıl ətin qiyməti 590 dollardır, üzərinə xidmət haqqı və vergini gələndə daha baha olur. Ətin üzərində alüminium folqa kimi qızıl kağız parçaları var. Bu parçalar dükanlarda 2-3 dollara satılır".