Harvardda kiberarı hazırlanıb


Digərləri 29 İyn 2019 23:55:00 213 0

Harvardda kiberarı hazırlanıb

Harvard Universitetinin alimləri tərəfindən hazırlanmış yeni robot arını xatırladır. Bu haqda "Nature" jurnalı yazır.

Son.az ICTnews-a istinadən bildirir ki, dörd qanadlı kiçik robotun çəkisi 259 milliqram təşkil edir. Qurğu daxili günəş batareyalarının köməyi ilə enerji toplayacaq.

Alimlər bildiriblər ki, bundan əvvəl hazırlanmış miniatür qurğular kiberarı ilə müqayisədə ciddi işləmələr tələb edirdilər, çünki onlar kənar enerjidən istifadə etmədən uçmaq imkanına malik deyildilər. Həmçinin kiçik batareyanın quraşdırılması qurğunun çəkisini xeyli artırırdı.

Kiberarıya rabitə və idarəetmə sistemi quraşdırmaq planlaşdırılır.