80 yaşlı Teymur əminin ürəyi və böyrəkləri necə sağlam qalıb? –


Digərləri 29 İyn 2019 23:35:00 263 0

80 yaşlı Teymur əminin ürəyi və böyrəkləri necə sağlam qalıb? –

Sənət aləmində Teymur əmi kimi məşhur olan, daim enerjili, şən, sağlamlığı və cəldliyi ilə həmkarlarından seçilən xalq artisti Teymur Mustafayev hansı xəstəliklərdən müalicə alır, necə edir ki, ürəyi və böyrəkləri sağlam qalıb? Onu 10 ildən artıqdır müayinə və müalicə edən həkimi Behnam Kazemi xanəndənin sağlamlıq sirlərini açdı.

Həkimi bildirdi ki, 10 ildən artıqdır Teymur əmi onun pasiyentidir, hara getsə də onun yanına gəlir, ağsaqqal kimi həm xeyir -duasını verir, həm də lazımi müayinə-müalicələrdən keçir.

"Teymur əmidə hər bir kişidə bu yaşa xarakterik olan prostatit, adenoma, böyrək problemləri var. Bu xəstəliklər də 60 yaşdan sonra yaranıb. 10 il əvvəl böyrək problemi ilə gəlmişdi: bir az zülal, kreatin qalxmışdı. Onu normaya saldıq.

Teymur əminin şəkəri, təzyiqi yoxdur. Ürəyi, böyrəkləri 50-60 yaşlı kişinin orqanı kimidir. Bu orqanlarla o bundan sonra inşallah 10 il də sağlam ömür sürə bilər".

Son.az medicina.az-a istinadən bildirir ki, Behnam Kazemi pasiyentinin öz sağlamlığına ciddi yanaşdığını, həkimin dediklərinə əməl etdiyini, rejim və qidalanmasına fikir verdiyini bildirdi.

" Prostat adenoması gələcəkdə xərçəngə çevrilə bilir və əlamətləri də elə təxmini oxşardır. Bu xəstələrdə gündüz-gecə sidiyə getmədə problem olur, damcı-damcı gəlməsi, sidik kisəsi tam boşalmır, sidik qalığı qalır. Bundan sonra da orda çöküntü yaranır, bakteriyalar çoxalır, iltihablaşır, daş əmələ gəlir. Sidik geri qaçır, bununla da böyrək zədələnir, böyrək çatışmazlığı yaradır. Bu da böyrəklərin tam sıradan çıxmasına kimi gedib çıxa bilər. Xəstənin həyatı pisləşir, ağrılar, halsızlıq, ağırlıq, gərginlik yaranır.