“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”


Dünya 29 İyn 2019 21:06:00 223 0

“Özünü sadə göstərir, əslində 200 milyard dollarlıq sərvəti var...”

Xəbər verildiyi kimi bu günlərdə ABŞ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib və bu sanksiyalar ilk dəfə Ali dini lider ayətullah Xameneyini də əhatə edəcək. Belə görünür ki, Ali dini liderin hədəfə alınması Tehranda daha çox narahatlıq doğurub. Çünki Xameneyi yüz milyardlarla dollarlıq aktivlərə nəzarət edir və sanksiyalar onun xaricdəki aktivlərini, bank hesablarını iflic edə bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-da yaşayan və milliyətcə azərbaycanlı olan müxalif iranlı jurnalist Əhməd Haşimi "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Ali dini liderin də hədəfə alındığı son sanksiyalar  Tehran rejimi üçün ciddi zərbədir.

"Bilirik ki, Xameneyi bölgədə ən zəngin adamlardan biridir. Nə qədər özünü şəxsi həyatında çox sadə göstərsə, ictimaiyyət arasında sadə geyimdə çıxsa da biz bilirik ki, İranda şəffaflıq yoxdur, amma fərqli təxminlərə görə, xüsusilə də "Reuters" xəbər agentliyinin bir hesabatına görə, əslində onun 200 milyard dollarlıq sərvəti var. Bu belə hesablanıb ki, onun nəzarətində olan və heç kəsə hesabatlı olmayan müəssisələr, qurumlar var. 20-yə qədər qurum və təşkilat var ki, birbaşa Xameneyinin nəzarəti altındadır və bütün zənginliklər onun nəzarəti altındadır",-Haşimi deyib.

Əhməd Haşimi İranın ali dini rəhbərinin hesablarındakı maliyyənin müxtəlif mənbələri olduğunu bildirib.