Qarpızın tumları dərman imiş: diabet,böyrəklər,ürək, təzyiq


Digərləri 29 İyn 2019 20:05:00 214 0

Qarpızın tumları dərman imiş: diabet,böyrəklər,ürək, təzyiq

Qarpız tumları özündən də dəfələrlə faydalı və az qala bütün xəstəliklərdə dərman imiş. Bunu bir çox ölkələr, xalqlar bilir və Avropa, İsrail, Amerika, Rusiyada bizdə günəbaxan tumları qablaşdırıb satılan kimi, onlarda da qarpız tumları təmizlənib, qovrulub marketlərdə satılır və insanlar adi tum kimi alıb çırtlayır.

Qarpız mövsümündən onun tumlarından da sağlamlığınız üçün istifadə edin. Çox zaman böyüklər uşaqlara qarpızın qabıqlarını yeməməyi məsləhət görürlər. Bu isə yanlışdır.

Son.az medicina.az-a istinadən qarpız tumlarının hansı xəstələrə faydalı olacağını təqdim edir.

•Qarpız tumlarında bol miqdarda sümüklər üçün son dərəcə faydalı olan maqnezium var. Bu xüsusiyyəti sayəsində sümüklərin güclənməsinə, qocalıq ilə inkişaf edən osteoporoz kimi xəstəliklərin qarşısının alınmasında köməkçi olur.

•Lakin ən çox qarpız toxumu qəlyanaltı kimi qabıqsız yeyilir. Qurudulmuş və qızardılmış şəklində isə çox asanlıqla zərərli çipsləri və duzlu çubuqları əvəz edəcək dadlı məhsul kimi atışdırmalıq kimi yeyilə bilər.

•Qarpız toxumlarının olduqca yüksək kalorili tərkibi vardır: 100 qr qurudulmuş qarpızın tərkibində 557 kilo kalori olur. Tərkibində bir çox protein var - onlar günəbaxan toxumu və badam demək olar ki, iki dəfə daha çoxdur.

•Qarpız tumlarında sümükləri qan təzyiqini tənzimləyən və koronar ürək xəstəliyi, eyni zamanda işemiyanın qarşısını alacaq amin turşuları var.

•Qarpız tumları aktiv şəkildə idmanla məşğul olan şəxslər üçün də faydalıdır. Bol oksigen təchizatı sayəsində əzələ hüceyrələrinin yenilənməsini sürətləndirir

•Qarpız toxumlarında arginin orqanizmdən azotun xaric edilməsində və kəskin cinsi disfunksiyanın müalicəsində kömək edir. Qarpız toxumları kişilərdə spermanın keyfiyyətini artırır.

•Zəka (əqli)bacarıqlara müsbət təsir göstərir, sıx intellektual iş nəticəsində konsentrasiyanı artırır və yorğunluğu azaldır.

•Qarpız toxumunun tərkibində əhəmiyyətli miqdarda maqneziumla zəngindir. Həm də dəmir qaynağıdır.

• Qarpız tumlarında bil miqdarda dəmir sink, mis və manqan, B qrupu vitaminləri var. Bunlar isə bədənin enerji dəyişmələrinə nəzarət edir və sinir sistemini yaxşılaşdırır.