BƏƏ İranABŞ gərginliyindən qorxuya düşdü


Dünya 29 İyn 2019 15:48:00 240 0

BƏƏ İranABŞ gərginliyindən qorxuya düşdü

Körfəzdə ABŞ və İran gərginliyinin artmasından sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndəki hərbi qüvvələrinin sayını azaltmağa başlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qərb mənbələri məlumat yayıb.

Bildirilib ki, BƏƏ Yəməni Ədən körfəzinin cənubunda və qərbində yerləşən əyalətlərindən bəzi hərbi birlikləri geri çağırıb.

BƏƏ rəsmiləri məsələ ilə bağlı açıqlamalarında belə bir məlumatın doğru olmadığını, sadəcə müəyyən birliklərin dislokasiya olduğunu qeyd edirlər.