"Tamaşaçı istəyir deyə soyunuruq"


Digərləri 29 İyn 2019 15:06:00 218 0

"Tamaşaçı istəyir deyə soyunuruq"

Türkiyə mətbuatı "Yeşilçam" ulduzu Feri Cansellə bağlı məqalə hazırlayıb.

Son.az haberler-ə istinadla xəbər verir ki, məqalədə onun keçirdiyi ağır həyat tərzi və faciəvi ölümü qabardılıb. 1944-cü ildə Kiprdə doğulan Feri Cansel güllələnərək qətlə yetirilib.

O, ilk dəfə əcnəbi ilə ailə qurub. Canselin ilk evlilikdən Zümrüd adlı qızı dünyaya gəlib. O, "Kan ve Gurur" filmi ilə kino sahəsində ilk addımlarını atıb.

Sonradan erotik filmlərə çəkilən Cansel eyni zamanda klublarda striptiz şou da göstərirdi. Müsahibələrinin birində: "tamaşaçı istəyir deyə soyunuruq" deyən Cansel intim səhnələrə çəkilməsinə haqq qazandırmağa çalışmışdı.