Əri ölən qadından biabırçılığını ört basdır etmək üçün dəhşətli əməl


Dünya 29 İyn 2019 12:59:00 240 0

Əri ölən qadından biabırçılığını ört basdır etmək üçün dəhşətli əməl

Qadın vanna otağında doğduğu körpəsinin ölümünə səbəb olduğuna görə saxlanılıb.

Son.az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Elazığ vilayətində yaşayan 36 yaşlı Kader Oğuz adlı qadın gizli münasibət yaşadığı kişidən dünyaya gələn körpəsini ağlama səsi qonşulara getməsin deyə evin damındakı xalçanın altında gizlədib.

O, uşaq öldükdən sonra onun cəsədini zibilliyə atıb.

Qeyd edək ki, onun əri 11 il əvvəl vəfat edib. O, H.G adlı kişi ilə gizli münasibət qurub və intim münasibət nəticəsində ondan hamilə qalıb.


Xəbərə aid fotolar