ABŞ və Kanada arasında tuneldə qatar relsdən çıxıb


Dünya 29 İyn 2019 08:48:00 202 0

ABŞ və Kanada arasında tuneldə qatar relsdən çıxıb

ABŞ və Kanada arasında yerləşən tuneldə yük qatarı relsdən çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident ABŞ-ın Miçiqan ştatının Port-Quron şəhəri və Kanada arasında yerləşən Sent Kler tunelində ("St. Clair Tunnel") baş verib.

Məlumata əsasən, lokomotiv və 46 vaqon relsdən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilir ki, hadisənin nəticələrinin aradan qaldırılması bir neçə gün çəkə bilər.