Google Drive üçün internetsiz saxlama özəlliyini test edir


Digərləri 29 İyn 2019 07:31:00 248 0

Google Drive üçün internetsiz saxlama özəlliyini test edir

Texnologiya nəhəngi Google pulsuz bulud saxlama xidmətini irəli aparmaq üçün yeni bir sistemi sınaqdan keçirir.

Son.az chip.az-a istinadən bildirir ki, normal şərtlər daxilində internetə ehtiyacınız olan zaman Drive saxlama xidməti tezliklə İnternet olmadan işləyə biləcək.

Engadgetin xəbərinə görə Google; Docs, Slides və Calc fayllarını internetsiz bir şəkildə saxlamağa imkan verir. Lakin yeni xüsusiyyət ilə, İnternet olmadan PDF faylları, eləcə də Word faylları kimi hər hansı bir formatda sənədləri saxlaya bilərsiniz.

Yeni xüsusiyyət Google Chrome ilə işləyəcək. Başqa sözlə digər bir brauzer istifadə edən istifadəçilər bu xüsusiyyətdən yararlana bilməyəcəklər. Drive ya da Docs parametrlərində offline rejimini aktivləşdirdikdən sonra hesab məlumatınızı daxil edərkən bu xüsusiyyətdən istifadə edə bilərsiniz.