Tramp yaxın zamanda Kim Çen Inla görüşməyə hazırdır


Digərləri 29 İyn 2019 03:26:43 243 0

Tramp yaxın zamanda Kim Çen Inla görüşməyə hazırdır

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen Inla yaxın zamanda görüşməyə hazırdır

Bakı. ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının sədri Kim Çen Inla yaxın zamanda görüşməyə hazırdır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb. D.Tramp bildirib: "Çin Xalq Respublikasının sədri Si (Cinpin) ilə bir neçə vacib görüşdən sonra mən prezident Mun (Çje İn) ilə görüşmək üçün Yaponiyadan Cənubi Koreyaya yollanacağam. Mən orada olduğum zaman KXDR-nın sədri Kim (Çen In) lazım bilərsə mən salamlaşmaq üçün sərhəddə - demilitarizasiya edilmiş zonada onunla görüşəcəyəm".