Beyin qanamasının əlamətləri 10 ən kritik simptom


Digərləri 28 İyn 2019 23:30:00 294 0

Beyin qanamasının əlamətləri  10 ən kritik simptom

Adətən hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi nəticəsində beyin qanaxması baş verir. Bundan başqa uzun müddətli günəş işığı və istiliyə məruz qalmaq da bu nəticəyə gətirib çıxarır. Yüksəs təzyiq də bu qəbildəndir. 

Həyatı ölümlə təhdid edən beyin qanaxmasının müalicəsi tibbi texnologiya və cərrahi üsulların inkişaf etdirilməsi nəticəsində mümkündür. Bundan başqa bir neçə bəsit tədbirlərlə bu riski minimuma endirmək olar.

Türkiyəli Uz. Dr. Rodi Sarı Polat, beyin qanaxmaları və qorunma üsulları haqqında önəmli bilgilər verib.

Son.az medicina.az-a istinadən bu vacib məlumatları təqdim edir.

Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün hospitalizə olunmalı və nəzarətə götürülməlidir.   Adından göründüyü kimi nəqliyyat və iş qəzaları, idman travmaları nəticəsində kəllənin almış olduğu zədələr nəticəsində qanama baş verir. Baş travmasından başqa yüksək təzyiq və beyin damarlarının problemləri də bu fəsadla nəticələnir. Diyabet, yüksək təzyiq, siqaret çəkənlər və piylənmədən əziyyət çəkənlər də birinci dərəcəli risk qrupundandırlar.