Bekhemin qızı ilə fotosu onu biabır etdi


Digərləri 28 İyn 2019 20:49:00 208 0

Bekhemin qızı ilə fotosu onu biabır etdi

44 yaşlı keçmiş futbolçu Devid Bekhemin qızı Harperlə çəkilən fotosu qalmaqala səbəb olub.

Son.az Axşam.az-a istinadən bildirir ki, şəkildə Bekhemin 7 yaşlı övladı ilə dodaq-dodağa öpüşməsi əks edilib. Dəfələrlə eyni görüntü ilə gündəmə gələn Devid bunda pis heç nə görmədiyini bildirib.

İngiltərə ilə Norveç qadınları arasındakı futbol oyununu izləməyə gedən keçmiş futbolçu obyektivlərə tuş gəlib. Onun bu fotosu qısa zamanda bütün mediada və sosial şəbəkədə yayılıb.

İstifadəçilər isə Bekhemi qızı ilə olan görüntüsünə görə biabır ediblər.


Xəbərə aid foto