Kambocadakı qədim məbədi başqa sivilizasiya tikib


Digərləri 28 İyn 2019 19:34:00 259 0

Kambocadakı qədim məbədi başqa sivilizasiya tikib

Kambocadakı nəhəng Anqkor Vat məbəd kompleksi müasir Siemreap şəhəri yaxınlığında yerləşir.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, rəsmi versiyaya əsasən, məbət XII əsrin ikinci yarısında kxmer kralı Suryavarman tərəfindən Vişnu tanrısının şərəfinə ucaldılıb. Arxeoloqlar tərəfindən 1860-cı ildə kəşf edilən məbəd bu gün YUNESKO tərəfindən Ümumdünya irsi obyektləri siyahısına salınıb.

Məbəd 200 hektarlıq ərazidə salınıb. Bildirilir ki, nəhəng kompleks 40 il ərzində inşa edilib. Tikinti üçün 5 milyon ton qumdaşından istifadə edilib və daş ərazidən 40 km uzaqdan gətirilib. Qumu çıxarmaq, daşımaq, bloklara bölmək, mərmərə çevirənə qədər cilalamaq üçün isə ən azı layihə institutu, maşınqayırma sənayesi vəs. lazım idi. Hətta XXI əsrdə də müasir texnikadan və beton qarışıqdan istifadə etməklə bunun üçün 100 il vaxt lazım idi. XII əsrdə bu necə baş verə bilib?

Bundan əlavə, məbəd kompleksinin üst hissəsi (bir neçə kvadrat kilometr) barelyeflə örtülüdür və üzərində bir çox səhnə təsvir edilib. Məlum olub ki, barelyeflər bina inşa olunandan sonra yerləşdirib. Yəni, daşyonanlar ölçü məsələsində səhvə yol verə bilməzdilər. Çünki əks halda divarların yarısını sökmək lazım idi.

Ehtimal edilir ki, daş bloklar ling vasitəsilə qayalardan çapılıb. Sonra isə qayıqlarla daşınıb və daşı daşa sürtməklə cilalanıb. Hündür məsafəyə isə ağac qurğular vasitəsilə qaldırılıb. Hətta məktəbliyə də bu versiya absurd görünə bilər. Çünki daşı daşa sürtməklə belə ideal hamar səth əldə etmək mümkün deyil. Bundan başqa, milyonlara ton daşı qayalardan hansı linglə çapmaq mümkündür?


Xəbərə aid fotolar