Azərbaycanın mobil rabitə operatorlarının 5 aydakı gəliri açıqlandı


Digərləri 28 İyn 2019 19:37:00 224 0

Azərbaycanın mobil rabitə operatorlarının 5 aydakı gəliri açıqlandı

2019-cu ilin yanvar-may ayıları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 822,7 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 344,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.