DGK sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb


Digərləri 28 İyn 2019 19:37:00 172 0

DGK sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının Baş Katibi ilə görüşüb

Bakı. Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlığı Şurasının 133/134-cü sessiyaları keçirilir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, iyunun 27-də sessiya çərçivəsində Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Kunio Mikuriya ilə görüşüb. Kunio Mikuriya ÜGT-nin Bakı şəhərində keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində ölkəmizə səfərindən, Prezident İlham Əliyevlə görüşündən məmnunluqla bəhs edib. ÜGT rəhbəri konfransın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Prezidentinə və Hökumətinə bir daha təşəkkürünü bildirib. Səmimi sözlərə görə minnətdarlığını ifadə edən S.Mehdiyev bildirib ki, ÜGT ilə Azərbaycan gömrüyü arasında uzun illərə söykənən səmərəli və işgüzar əməkdaşlıq əlaqələri mövcuddur və birgə həyata keçirilən uğurlu layihələr, gömrük işininin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsi istiqamətində atılan addımlar gələcək əməkdaşlığın daha dainkişaf etməsinə öz töhfəsini verəcək.