Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü


Dünya 28 İyn 2019 16:24:00 202 0

Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində bir müddət öncə açılmış "Axmat" döyüş klubunun 37 yaşlı direktoru qətlə yetirilib.

Son.az "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, kürəyindən azı 4 dəfə güllə yarası almış şəxsin cəsədi iyunun 27-də gecə saatlarında küçədə aşkarlanıb. 

İnsidenti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü şəxs axtarışa verilib. 

Faktla bağlı cinayət işi açılıb. Cinayətin təfərrüatı araşdırılır.