Millət vəkili AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb


Digərləri 28 İyn 2019 16:00:00 275 0

Millət vəkili AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı azərbaycanlı girovlar Diqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldıraraq AŞPA-nı onların azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb.

Bakı. Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı Avropa məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı adlı qətnaməsindən danışıb və AŞPA-nı bu qətnamənin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Trend-in məlumatına görə, millət vəkili AŞPA-nın qəbul etdiyi 1416 saylı və Sərsəng su anbarı ilə bağlı qətnamədən danışıb və təşkilatı ikili standartlara son qoymağa çağırıb. Q.Paşayevanın sözlərinə görə, Azərbaycan dövlətinin səylərinə, Avropa Şurası baş katibinin açıqlamalarına, çağırışlarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur: "Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov tutmaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti neçə ildir ki bu insanlara zülm edir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assableyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək atasına qarşı Ermənistanda verilən işgəncələrin durdurulması və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik". Q.Paşayeva deyib ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir: