Həkimlər xərçəng xəstəsinin səhvən sağlam orqanını kəsdilər


Digərləri 28 İyn 2019 12:34:00 247 0

Həkimlər xərçəng xəstəsinin səhvən sağlam orqanını kəsdilər

57 yaşlı pasiyenti bağırsaq xərçəngindən əməliyyata alıblar. Lakin əməliyyat zamanı bağırsağın şişlə zədələnmiş hissəsi yox, səhvən sağlam və kəsilməsinə ehtiyac olmayan hissəsi çıxarılıb.

Son.az medicina.az-a istinadən bildirir ki, hadisə Avstraliyada, Sidney hospitalında baş verib. 

Həkimlər səhvin qismən onlarda olduğunu etiraf edir. Əsas səhv patoloji laboratoriyanın məlumatında olub. Artıq ştat hökümət orqanları araşdırmaya başlayıb.

Səhiyyə naziri Bred Hazaar xəstəxananı pasiyent və ailəsinə maksimum dəstəyi və müalicəni göstərməyi tələb edib.