Göyçay sakininin evində narkotik vasitə aşkar olunub


Digərləri 28 İyn 2019 12:26:46 179 0

Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

Göyçay sakininin evində narkotik vasitə aşkar olunub

Bakı. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.