Sürücülərin DİQQƏTİNƏ! Qanunsuz parklanmalarla bağlı təxliyə işləri


Digərləri 28 İyn 2019 11:49:00 194 0

Sürücülərin DİQQƏTİNƏ!  Qanunsuz parklanmalarla bağlı təxliyə işləri

Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması - təxliyə xidmətinə başlanılacaq.

Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.

Son.az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.

Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər

S/s

Küçə/prospekt

Ərazi

 

M.Hadi küç.

Əhmədli m/st. ətrafı

 

Qara Qarayev pr.

8-ci km bazarının qarşısı

 

Qara Qarayev pr.

Neftçilər m/st. - Dakar meydanının ətrafı

 

B.Çobanzadə küç.

Şadlıq saraylarının qarşısı

 

Bakı Dairəvi yolu - Zaqulba şos.

Bilgəh kordioloji sanatoriyasının qarşısı

 

Şəhər şossesi(Sabunçu-Zabrat yolu)

Yerüstü piyada keçidinin yanı

 

Sakit Qocayev küçəsi

Bakıxanov T\M-nin ətrafı

 

Heydər Əliyev pr.

Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)

 

Əli İsazadə küç. (Binə qəs.)

Mərkəz

 

Heydər Əliyev pr.

Koroğlu m/st. ətrafı

 

Xocalı pr.

Xətai m/st.qarşısı

 

Nobel pr.

ASAN Xidmətin qarşısı

 

Afiyəddin Cəlilov küç.

"Megafun"ın qarşısı

 

Neftçilər prospekti

Prospekt boyu

 

28 May küç.

23 nömrəli məktəbin qarşısı

 

Dilarə Əliyeva küç.

ADNSU-nin yanı

 

Xəqani küç.

Küçə boyu

 

Nizami küç.

Küçə boyu

 

K.Kazımzadə küç.

Zooparkın qarşısı

 

F.X.Xoyski pr.

Gənclik Mall-un qarşısı