İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu


Digərləri 28 İyn 2019 08:00:00 159 0

İraqlı tələbə Bakıda qanunsuz idarə etdiyi avtomobillə 6 yaşlı uşağı vurdu

Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib

Bakı. Samir Əli - Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İraq vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Ahmed Xalif Ezzatın etibarnaməsi olmadığı halda dostu Anar Əfəndiyevə məxsus "KİA Coreto" markalı 99-NU-605 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif küçəsində velosipedçi, 2013-cü il təvəllüdlü Səlim Səlimovu vurub. Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.