Şəkəri az yemək üçün


Digərləri 27 İyn 2019 23:05:00 232 0

Şəkəri az yemək üçün

İnsanların əksəriyyəti üçün sağlam həyat tərzi yalnız qadağalarla assosiasiya olunur. Əslində isə sərt məhdudiyyət olmadan belə, istənilən ərzağı onun daha faydalı analoqu ilə əvəzləmək olar. Bu zaman orqanizm belə yanaşmaya "təşəkkür"lə cavab verəcək...

Son.az medicina.az-a istinadən maraqlı məlumatları təqdim edir.

Ketçupu tomat pastası ilə əvəzləyirik   Bu məhsulun 100 qramının enerji dəyəri 101,0 kilokalori (kkal) təşkil edir. Bu porsiyada ketçupun tərkibi belədir: Belok - 1 q Yağ - 0,1 q Karbohidratlar - 27,1 q Su - 69,0 q Qida lifi - 0,3 q.

100 qram tomat pastası porsiyasının tərkibində isə aşağıdakı miqdarda qida maddələri olur:

Enerji dəyəri - 75,0 kkal Zülal - 3,5 q Yağ - 0,6 q Karbohidratlar - 13,9 q Su - 0,0 q Qida lifləri - 0,0 q.

Rasiona natural tomat pastası daxil edilməlidir. Bunun üçün onu sərbəst hazırlamalısan. Belə imkan yoxdursa, o zaman əvvəlcə populyar istehsalçıların reytinqi ilə tanış olmağına dəyər. Supermarketlərin rəflərində seçim zamanı ilk növbədə, məhsulun təkibinə diqqət yetirmək gərəkdir - onun tərkibində pomidordan başqa heç bir tərəvəzin püresi olmamalıdır, tərkibində quru maddələrin miqdarı (konsentrasiyası) isə maksimum 25-45 faiz arasında dəyişməlidir. Çində istehsal olunan belə məhsuldan imtina etmək tövsiyə olunur. Belə ki, quru konsetratı suda həll etməklə hazırlanmış belə məhsulun orqanizmə heç bir faydası yoxdur.

Şirin kəsmiyi, yumşaq və dadsız olanla əvəzləyin   Turş-süd məhsulları mütləq hər bir insanın rasionunda iştirak etməlidir. Bu, onunla bağlıdır ki, süd bakteriyaları orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığını artırır və immuniteti yüksəldir. Klassik şirin tvoroqa üstünlük verərkən, diqqət yetirmək lazımdır ki, bu ərzatın 100 qramının enerji dəyəri 95,0 kilokaloridən artıq olmasın. Belə porsiyada iştirak edir:     Zülal - 9,1 q Yağ - 5,0 q Karbohidratlar - 3,5 q Su - 0,0 q Qida lifi - 0,0 q.

100 qram yumşaq və yağsızlaşdırılmış tvoroqda isə 32,0 kkal enerji və aşağıdakılar olur:

Zülal - 7,0 q Yağ - 0,0 q Karbohidratlar - 1,0 q Qida lifi - 0,0 q.