Televiziya çox baxanlarda ölüm riski –


Digərləri 27 İyn 2019 22:25:00 224 0

Televiziya çox baxanlarda ölüm riski –

Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir. Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə "Live Science" məlumat dərc edib.   ABŞ-ın Kolumbiya universitetinin elm adamlarının apardığı araşdırmada məlum olub ki, uzun müddət TV qarşısında oturanlarda erkən ölüm riski və kardioloji problemlər meydana gəlir. Araşdırmada məlum olub ki, gündə 4 saat oturaq televiziya izləyənlər, 2 saat TV-yə baxanlardan 50% daha çox risk daşıyır.   Mütəxəssislər bu tədqiqatlar üçün 8 il ərzində 3 min 592 nəfər müşahidə altında saxlayıblar.  Erkən ölüm riskinə təkan verən amillərdən biri də oturaq vəziyyətdə televizora baxarkən yemək yenə vərdişidir.    Araşdırma komandasının rəhbəri Keith Diaz deyib: "Peşənizdən dolayı oturaqsınızsa heç olmasa evdə oturmayın. Bu sizi sürətlə ölümə doğru aparır".